Qaxda hotellərdə COVID-19 pasportu ilə əlaqədar yoxlamalar keçirilib

5-09-2021, 16:48           
Qaxda hotellərdə COVID-19 pasportu ilə əlaqədar yoxlamalar keçirilib
Qaxda karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar nəzarət-yoxlama tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,polis əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb və mövcud tələblərin yerin yetirilməsinə nəzarət olunub.
Belə ki, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, otellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb. Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru