Salyanda velosiped oğurlayan şəxs saxlanıldı

15-09-2021, 15:29           
Salyanda velosiped oğurlayan şəxs saxlanıldı
Salyan rayon sakini N.Nəcəfov Rayon Polis Şöbəsinə ərazi ilə müraciət edərək ona məxsus 400 manat dəyərində olan velosipedin oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Ərəbqardaşbəyli kənd sakini Ağacan Süleymanov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək velosipedi rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib. Şöbə əməkdaşları tərəfindən velosipedin satıldığı yer müəyyənləşdirilib, maddi sübut kimi götürülərək zərərçəkənə təhvil verilib.

Faktla əlaqədar Salyan RPŞ-də araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru