“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır

1-10-2021, 17:35           
“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır
“Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 18-ci mövsümü start götürür. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə “Bilik” kuboku uğrunda mübarizə aparacaq.

Teref.az xəbər verir ki, “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş “Nar” komandası ilə “Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq. Qeyd edək ki, mobil operator builki mövsümdə də “Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi “Qarabağ” komandalarını dəstəkləyəcək.

Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri haqqında ətraflı nar.az səhifəsində tanış olmaq olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru