Səudiyyə nefti bahalaşdırdı

6-04-2015, 23:27           
Səudiyyə nefti bahalaşdırdı
Səudiyyə Ərəbistanının Asiya alıcıları üçün endirimləri ləğv eləməsi neftin qiymətini bahalaşdırıb.

ANS PRESS-in məlumatına görə, dərhal Brent nefti 3,33% və Texas nefti 3,24% bahalaşıb.

Mart ayında “Saudi Aramco” Asiya müştəriləri üçün 2003-cü ildən bu yana ən yüksək endirim tətbiq edib və hər barreli 2,3 dollar ucuzlaşdırıb. Apreldə isə qiymətlər artıb və bu, son üç il üzrə ən yüksək bahalaşma kimi qeyd edilib.

Səudiyyə Ərəbistanın neft sənayesi naziri Əli əl-Nəiminin sözlərinə görə, dünyada neftə tələbat bərpa olunur və dövlət istənilən müştərinin tələbini yerinə yetirə bilər. O bildirib ki, krallıqda hasilat gündə 10 milyon barrelə çatıb.

Hazırda Texas neftinin barreli 50,57 dollara, Brent neftinin barreli isə 56,48 dollara qalxıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.