İranda internet məhdudiyyətinə son verildi

24-11-2019, 17:46           
İranda internet məhdudiyyətinə son verildi
Dünən İranın paytaxtı Tehranda və digər bütün böyük şəhərlərdə sabit internet xətti bərpa olunub.

Ovqat.com xəbər verir ki, məlumatı İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yayıb.

Nazirlik sabah internetdən cib telefonlarına girişin təmin ediləcəyini bildirib.

Qeyd edək ki, etirazçılar arasındakı rabitənin kəsilməsi üçün bir neçə gündür tətbiq edilən internet məhdudiyyəti İran iqtisadiyyatından da yan ötmürdü. Məlumata görə, bu addım İran iqtisadiyyatına gündə ən azı 61 milyon dollar zərər vururdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru