İrandan internet kəsintisinə görə - İnanılmaz qərar

24-11-2019, 18:20           
İrandan internet kəsintisinə görə - İnanılmaz qərar
İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internetin kəsildiyi müddətdə zərər çəkmiş şirkətlərə kompensasiya verilməsi üçün proqram hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmmədcavad Azəri Çəhromi məlumat yayıb.

O bildirib ki, bəzi şirkətlər bir ay müddətində pulsuz internetlə təmin olunacaqlar. Proqram hökumət tərəfindən təsdiq edildikdən və ölkə prezidentinin müvafiq sərəncamından sonra kompensasiyalar veriləcək.

Xatırladaq ki, ötən həftə İranda baş verən iğtişaşlara görə ölkə ərazisində internet kəsilmiş, nəticədə bir sıra dövlət və özəl şirkətlərin işində problem yaranmış və maliyyə itkisinə məruz qalmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru