İran “Avraam Linkoln” girov götürməyə hazırlaşır? - HAZIRDA TƏYYARƏDAŞIYANA ONLARLA RAKET TUŞLANIB

24-11-2019, 21:04           
İran “Avraam Linkoln” girov götürməyə hazırlaşır? - HAZIRDA TƏYYARƏDAŞIYANA ONLARLA RAKET TUŞLANIB
ABŞ-ın bir neçə gün əvvəl Fars körfəzi sularına daxil olmuş “Avraam Linkoln” təyyarədaşıyan gəmisi İran tərəfindən girov götürülə bilər.

Virtualaz.org avia.pro portalına istinadən xəbər verir ki, təyyarədaşıyan Hörmüz boğazından keçərək bir neçə gün əvvəl Fars körfəzinə daxil olub və bu zaman hansısa problem yaranmayıb. Lakin İranda baş qaldırmış benzin üsyanı və ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara görə Tehranla Vaşinqton arasında münasibətlər daha da gərginləşib. Nəticədə Tehran nəhəng təyyarədaşıyanı Hörmüz boğazından geriyə buraxmaya bilər. Mütəxəssislərə görə İranın təyyarədaşıyana körfəzə keçidinə şərait yaratması strateji addım ola bilərdi və gəmini geriyə buraxmamaq üçün əvvəlcədən planların qurulduğu istisna deyil.

Analitiklər qeyd ediblər ki, Vaşinqtonun regionda güc nümayyiş etdirməyi İranı hövsələdən çıxarır və Tehran istəsə “Avraam Linkoln” təyyarədaşıyanına ciddi problem yarada bilər. Hazırda təyyarədaşıyana İran onlarla raket tuşlayıb və əgər Pentaqon hansısa aqressiv addım atmağa qərar versə gəminin batırılması mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.