İran köhnə fikrinə qayıtdı – Koronavirus bioloji silah ola bilər

13-04-2020, 00:03           
İran köhnə fikrinə qayıtdı – Koronavirus bioloji silah ola bilər
Səhiyyə idarəsinin rəhbəri vurğulayıb ki, İran Silahlı Qüvvələri istənilən bioloji təhlükəni ortaya çıxarmağa qadirdir, mümkün bioterrorçuluq aktına qarşı tədbirlər görə bilər.

İran yeni koronavirusun bioloji silah ola bilməsi ehtimalını araşdırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu versiyanın yenidən həyata qaytarıldığı barədə İran Silahlı Qüvvələri Baş Qərargahının Səhiyyə İdarəsinin rəhbəri Həsən Araqhizadə bildirib.

Araqhizadənin sözlərinə görə, məsələnin öyrənilməsinə İran elmi mərkəzləri qoşulublar. Lakin hansısa nəticə əldə etmək üçün daha çox vaxt və səy lazımdır.

Eyni zamanda, Səhiyyə idarəsinin rəhbəri vurğulayıb ki, İran Silahlı Qüvvələri istənilən bioloji təhlükəni ortaya çıxarmağa qadirdir, mümkün bioterrorçuluq aktına qarşı tədbirlər görə bilər.

Qeyd edək ki, Çin hələ fevral ayında yeni növ koronavirusun bioloji silah olması barədə informasiyanı təkzib etmişdi. Çinin ABŞ-dakı səfiri Tsuy Tyankay isə bu ehtimalı ağılsızlıq adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru