Karantinə rəğmən Avropanın “orta göbəyi"ndə kütləvi iğtişaşlar alovlandı... – VİDEO

13-04-2020, 10:12           
Karantinə rəğmən Avropanın “orta göbəyi"ndə kütləvi iğtişaşlar alovlandı... – VİDEO
Karantin olmasına baxmayaraq Belçikanın paytaxtı Brüsseldə iğtişaşlar baş verib.

Moderator.az-ın İsrail meidiasına istinadla verdiyi xəbərdə deyilir ki, iğtişaşlara səbəb skuterdə polisdən qaçmaq istəyərkən qəzaya uğrayan 19 yaşlı oğlanın ölümü olub.

Gənclər asayiş keşikçilərinə daş və şüşə parçaları atmağa başlayıblar. Etirazçılardan biri polis əməkdaşlarından oğurlanan tapança ilə havaya bir neçə dəfə atəş açıb.

Polis kütləi dağıtmaq üçün su şırnaqarından istifadə etməli olub.

Nəticədə asayiş keşikçiləri 57 iğtişaşçını həbs ediblər. Buna rəğmən gecə saatlarında da bir qrup gənc polis idarəsinin binasını daşa basaraq pəncərələrini sındırıblar.

Bununla belə, mərhum oğlanın ailəsi insanları sakitliyə çağırıb və etiraz çağırışlarına cavabdeh olmadığını vurğulayıb.

Prokurorluq gəncin ölümünün səbəblərini araşdırır.

Sultan Laçın













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru