Rusiya həkimləri əlavə olaraq 50 milyard rubl alacaqlar
13-04-2020, 12:17

Koronavirusla mübarizə aparan rus həkimləri əlavə olaraq 50 milyard rubl alacaqlar. "Bizimxeber" TASS-a istinadən xəbər verir ki, müvafiq əmri Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Nazir qeyd edib ki, əlavə ödənişlər üçün pulun ayrılması barədə sərəncam prezidentin göstərişinə əsasən imzalanıb. O, virusa yoluxanlara kömək edən tibb işçilərinə dəstək verməyin indi çox vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin koronavirus xəstələri ilə işləyən həkimlər üçün xüsusi federal ödənişin yaradılması təklifi ilə çıxış etmişdi.
Aprel ayından başlayaraq üç ay müddəti üçün əlavə ödənişlər aşağıda qeyd olunan bölgü üzrə tətbiq olunacaq:
- həkimlərə 80 min rubl (1776 azn)
- tibb işçilərinə 50 min rubl (1110 azn),
- kiçik tibb işçilərinə 25 min rubl (555 azn) veriləcək.
- təcili yardım həkimlərinə 50 min (1110 azn),
- orta tibb işçilərinə və təcili yardım sürücülərinə 25 min rubl (555 azn).
Qeyd edək ki, Rusiya dövlət başçısının göstərişinə əsasən, koronavirusa yoluxmuş insanlarla işləyən həkimlərə əlavə ödənişlər verilsə belə, həkimlər üçün nəzərdə tutulmuş regional mükafatlar ləğv edilməməlidir.