İranda bir həftədə 700-dən çox adam saxta spirtli içkidən ölüb

13-04-2020, 18:21           
İranda bir həftədə 700-dən çox adam saxta spirtli içkidən ölüb
İranda son bir sutka ərzində daha 111 nəfər koronavirus infeksiyasından ölüb.
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında koronavirus pandemiyası qurbanlarının yeni statistikasını yayarkən bildirib.

Sözçü deyib ki, son bir gün ərzində İranda daha 1617 yeni koronavirusa yoluxma faktı qeydə alınıb: “Son bir gün ərzində daha 111 nəfərin infeksiyadan ölməsi ilə ölkədə “Covid-19” virusundan ölənlərin ümumi sayı 4585 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 73 min 303 nəfərə çatıb.

Xoşbəxtlikdən pandemiya xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq, 45 min 983 nəfərə yüksəlib.

Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 3877 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 4585 nəfərə, yoluxanların sayının isə 73303 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər/GünazTV
Ovqat.com xəbər verir ki, Kiyanuş Cahanpur bugünkü çıxışında İranda saxta araq qurbanları barədə də danışıb. O, təəssüflənib ki, saxta spirt qurbanları ilə bağlı mövcud statistik rəqəmlər yüksəkdir və bizim gözlədiyimizdən qat-qat çoxdur.
Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhərlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalaraq düşüb, 700-dən çox insan isə həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru