Kremldən bədbin proqnoz: yaxşılaşacağını gözləmirik

14-04-2020, 00:00           
Kremldən bədbin proqnoz: yaxşılaşacağını gözləmirik
Aprelin 12-də hər iki ölkənin liderləri Vladimir Putin və Donad Tramp telefon danışığı həyata keçiriblər. Onlar neft bazarında vəziyyəti müzakirə ediblər.

Rusiya və Amerika münasibətlərinin yaxşılaşacağını gözləmirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Kreml Putin və Tramp arasında kontaktların müntəzəm hal almasına rəğmən, Rusiya-Birləşmiş Ştatlar arasında münasibətlərin yaxşılaşmasını gözləmir", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, aprelin 12-si hər iki ölkənin lideri Vladimir Putin və Donad Tramp telefon danışığı həyata keçirib. Onlar neft bazarında vəziyyəti müzakirə ediblər. Onlar neft hasilatının azaldılması üzrə OPEC+ razılaşmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, alyansın kommünikesində deyilir ki, neft hasilatının sutkada 9,7 milyon barel azalmasından sonra OPEC+ ölkələri 2020-ci ilin ikinci yarısında hasilatı 7,7 milyon barel azaldacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru