Çernobıl AES yaxınlığında yanğının söndürülməsinə 1.7 milyon dollar ayrılacaq

14-04-2020, 01:15           
Çernobıl AES yaxınlığında yanğının söndürülməsinə 1.7 milyon dollar ayrılacaq
Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında yanğınlar müşahidə olunur. Alov ərazidəki ağacların yuxarı hissəsini əhatə edir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İstisna Bölgəsinin İdarə Edilməsi üzrə Dövlət Agentliyi facebook hesabında məlumat yayıb.

Bildirilib ki, aprelin 4-dən geniş ərazini bürüyən alov getdikcə sürətlənir. Yanğın Rossoka, Starye Sokol və Pripyat çayının sol sahilindəki Krivaya Qora kəndlərini əhatə edir.

Yanğının söndürülməsində 390 nəfərdən çox heyət üzvü, 90 texnika, o cümlədən aviasiya cəlb olunub. Daxili İşlər Nazirinin müavini Anton Geraşçenko yanğının nüvə tullantıları anbarlarına və Çernobıl Atom Elektrik Stansiyasına təhlükə yaratmadığını bildirib.

Hökumətin yanğının söndürülməsi ilə əlaqədar əlavə tədbirlər üçün ehtiyat fondundan 44,86 milyon qrivna (təxminən 1.7 milyon dollara yaxın) ayıracağı bildirilir.

Dövlət Agentliyinin İctimai Şurasının nümayəndəsi Yaroslav Emelianenkonun sözlərinə görə, Belarus Ukraynaya yanğını söndürmək üçün vertolyotlar təklif edib.

Yanğının baş verməsinə insan amili səbəb olduğu da məlumdur. Hüquq-mühafizə orqanları səlahiyyətlilər yanğın şübhəlilərini saxladılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru