Misirdə koronavirusdan ölüm sayı azalır

14-04-2020, 01:16           
Misirdə koronavirusdan ölüm sayı azalır
Misirdə ilk dəfə koronavirusdan ölüm hallarının azaldığı qeyd edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi vəbər verir.

Bildirilir ki, son sutkada koronavirusdan 5 nəfər ölüb. Sonuncu dəfə belə göstərici aprelin 4-də qeydə alınıb, bundan sonra bütün sonrakı günlərdə ölənlərin sayı durmadan artaraq bir gündə maksimum 17 nəfərə çatdı.

Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, ötən sutka ərzində koronavirusa 125 yeni yoluxma hadisəsi qeydə alınıb.

Misirdə COVİD-19 virusuna yoluxanların ümumi sayı 2190 nəfər təşkil edib, 488 sağalıb, 164 adam ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru