ABŞ-da onlarla insan qasırğanın qurbanı oldu - VİDEO

14-04-2020, 01:18           
ABŞ-da onlarla insan qasırğanın qurbanı oldu - VİDEO
ABŞ-ın cənubundakı qasırğa və güclü küləyin qurbanlarının sayı 26 nəfərə qədər artıb.

“Report”un məlumatına görə, bu barədə ABC telekanalı bazar ertəsi bildirib.

Telekanalın məlumatına görə, ən böyük zərər Missisipiyə dəyib. Bu ştatda on bir nəfər pis hava şəraitin qurbanı olub.

Cənub Karolina ştatında əlverişsiz hava nəticəsində səkkiz nəfər ölüb, daha altı nəfər Corciyada həlak olub. Bununla yanaşı, Arkanzasda da bir nəfər ölüb.

Qeyd edilir ki, Luiziana ştatında 300 evə qədər zərər dəyib. Lakin tələfat haqqında məlumat yoxdur.

Qasırğa və güclü külək Luiziana, Arkanzas, Tennessi, Alabama, Cənub Karolina və Şimal Karolinada bazar günü tüğyan edib. Nəticədə 800 min sakin enerji təchizatından məhrum olub.

Xatırladaq ki, Missisipi, Luiziana və Alabamanın qubernatorları bu ştatların ərazilərində fövqəladə vəziyyət rejimi elan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru