Dünyada koronavirusa yoluxanların sayı 1,9 milyon nəfəri ötdü

14-04-2020, 01:20           
Dünyada koronavirusa yoluxanların sayı 1,9 milyon nəfəri ötdü
Dünyada artıq 118 459 insan koronavirus pandemiyasının qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti bildirib.

Universitetin son məlumatına əsasən, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 904 566 nəfər təşkil edir.

Qeyd edilir ki, pandemiyanın başlanğıcından koronavirusdan sağalanların sayı 445 minə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru