“Koronavirusla bağlı strategiya işləyir” - Tramp

14-04-2020, 09:34           
“Koronavirusla bağlı strategiya işləyir” - Tramp
Donald Tramp ABŞ prezidenti Donald Tramp ölkədə iki gündür koronavirusa yoluxma hallarının əvvəlki kimi qaldığını vurğulayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların rəhbəri Ağ Evdəki mətbuat konfransında bildirib.

"İstirahət günlərində xəstəliyin yeni səviyyəsi bütün ölkə üzrə düz, düz qalıb", - Tramp deyib.

"Aydındır, (virusun-red) yayılmasının məhdudlaşdırılması üzrə strategiya işləyir”, - brifinqdə çıxış edən ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ-da artıq üç gündür virusdan ölüm faizi azalır. Əgər aprelin 10-da ölkədə virusdan 2 000-dən çox insan ölmüşdüsə, aprelin 12-də bu rəqəm 1 550 nəfər təşkil edib. Bununla belə, ABŞ-da koronavirusdan ölənlərin sayı 22 861 nəfərə çatıb. Virusa yoluxanların sayı 560 891 nəfəri ötüb. Birləşmiş Ştatlar hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada artıq 118 459 insan koronavirus pandemiyasının qurbanı olub. COVID-19 infeksiyasına yoluxanların sayı 1 904 566 nəfər təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru