Bu şirkət Ermənistan Müdafiə Nazirliyinin tenderlərindən necə qazanıb? – Yeni detallar üzə çıxdı

1-09-2020, 10:44           
Bu şirkət Ermənistan Müdafiə Nazirliyinin tenderlərindən necə qazanıb? – Yeni detallar üzə çıxdı
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinin vəzifəli şəxsləri haqda sui-istifadə ilə əlaqədar cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Joxovurd” qəzeti yayıb.

Mənbə bildirir ki, MTX 2019-cu ilin may-iyun aylarında bir şirkətin hüquqi şəxs kimi fəaliyyət göstərdiyini, su borularının, habelə Müdafiə Nazirliyinin bina və tikililərindəki havalandırma sistemlərinin təmiri üçün elan edilmiş açıq tenderlərdə iştirak etdiyini və qalib elan olunduğunu aşkar edib.

Nəticədə 13 və 31 iyul tarixlərində bu şirkət Müdafiə Nazirliyi ilə ümumilikdə 150 ​​milyon dram məbləğində müqavilə imzalayıb. Şirkət hərbi hissələrdə təmir işləri aparmağı öhdəsinə götürüb. Bununla birlikdə, öhdəliklərini yerinə yetirməyib və nazirliyin vəzifəli şəxsləri ilə razılaşaraq sənədlərə həqiqətə uyğun olmayan yalan məlumatlar daxil edib və görülən işlərlə əlaqəli xərclərin həcmini də şişirdib. Beləliklə, firma böyük miqyasda dövlət vəsaitlərini mənimsəyib.

Nəşrə görə, MTX-nın İstintaq İdarəsində cinayət işi başlanıb.

Babək Göyüş

KONKRET.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.