Rus və Çin peyvəndləri adi qrip peyvəndi çıxdı...

1-09-2020, 19:29           
Rus və Çin peyvəndləri adi qrip peyvəndi çıxdı...
Dünya əhalisini evə həbs edən və insanların ölümünə səbəb olan koronavirus peyvəndləri ilə bağlı yeni iddialar irəli sürülüb.

Moderator.az xəbər verir ki, elm adamları son zamanlar Rusiya və Çinin hazırladığı koronavirus peyvəndlərinin adi qrip peyvəndi olduğunu və aşağı təsirə malik olduğunu irəli sürüb.

Son bir neçə ayda Çin və Rusiyadan koronavirusa qarşı peyvəndlərin hazırlanması ilə bağlı gələn açıqlamalar dünyaya ümid versə də, eyni zamanda, böyük bir mübahisə də yaratmışdı. İki ölkənin peyvənd istehsalına bu qədər tələsik başlaması, lazımi testlər aparılmadan ümidverici açıqlamalar verməsi dünyada gərginliyə səbəb olub.

Elm adamları Çin və Rusiyanın peyvəndlərlə bağlı verdiyi açıqlamalarında sonra bunu araşdırmağa başlayıb. Onlar bu peyvəndlərin elə də təsirli olmayacağı qənaətinə gəliblər. Onlar hazırlanan peyvəndlərin daha çox “Ad5” virusuna qarşı istifadə edildiyini bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.