Avstraliya iqtisadiyyatında 29 ildən sonra ilk yaşandı

2-09-2020, 11:26           
Avstraliya iqtisadiyyatında 29 ildən sonra ilk yaşandı
Avstraliya iqtisadiyyatı COVID-19 pandemiyası səbəbindən 29 ildən sonra ilk dəfə resessiya dövrünə girib.

“Qafqazinfo” xəbər verir ki, Avstraliya Statistika İnstitutunun açıqlamasına görə, şirkətlərin bağlanmasına və minlərlə insanın işsiz qalmasına səbəb olan koronavirus, mövsümi olaraq tənzimlənmiş ÜDM-in ilin ikinci rübündə əvvəlki dövrə görə 7.0% azalmasına gətirib çıxarıb. Proqnozlaşdırılan göstərici isə 6 % olub.

İqtisadi kiçilmə illik bazada 6.3% -ə çatıb. Analitiklər proqnozlarında isə 5.2%-lik azalma gözlənilirdi.

“Qlobal pandemiya və bununla bağlı görülən tədbirlər ÜDM-də 7 %-lik azalmaya səbəb oldu. Bu, 1959-cu ildən bu günə qədər qeydə alınmış ən böyük geriləmədir”,- deyə Avstraliya Statistika İnstitutunun Baş İqtisadçısı Brus Hokman bildirib.

Qeyd edək ki, iqtisadçıların proqnozlarına görə, pandemiya Avstraliyada bu il 184 milyard dollarlıq büdcə kəsrinə səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru