İsa peyğəmbərin realist təsviri böyük qalmaqal yaradıb - Foto

3-09-2020, 00:09           
İsa peyğəmbərin realist təsviri böyük qalmaqal yaradıb - Foto
İsa peyğəmbərin realist təsviri böyük mübahisəyə səbəb olub.

Türk-Livan mənşəli şair Omar Sakrın yeni versiyanı “Twitter”də yayması birmənalı qarşılanmayıb.



Omar Sakr, İsa peyğəmbərin realist təsviri

Bizimyol.info xəbər verir ki, realist təsviri holland fotoqraf Bas Uterviyk yaradıb. O, süni intellektdən istifadə edib.

Təsvir ənənəvi canlanmadan uzaq dayanır. Burada İsa uzunsaçlı deyil. Əksinə, saçlar qısadır, nurlu simadan danışmaq olmur, düşünüldüyü kimi, dəri də ağ rəngdə təsvir edilməyib. Sakr dərinin rəngini xüsusi qabardıb. O, İsa peyğəmbərin onun qohumlarına oxşadığını bildirib: “Mən katolik ailədə böyümüşəm. Biz İsanı həmişə parlaq saçlı, mavi gözlü təsəvvür etmişik. Həmişə düşünürdüm ki, nəsə göründüyü kimi deyil. Belə daha yaxşı görünür”.

“Twitter”də holland fotoqraf çox tənqid olunub. Sosial şəbəkə istifadəçiləri Uterviykin çox standart təsvir ortaya çıxardığını düşünür. Rəy yazanların çoxunun fikrincə, Yaxın Şərqdə bütün kişilər bir-birinə bənzəyə bilməzdi.

Hələ iyunda Kenterberiyski arxiyepiskopu Castin Uelbi İsa peyğəmbərin ağdərili olmamasını açıqlamışdı. Amma o, bunun heç nəyi dəyişmədiyini söyləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.