BMT: Son 9 ayda Suriyadan Liviyanın şərqinə 338 dəfə hərbi yük təyyarəsi gəlib

3-09-2020, 11:44           
BMT: Son 9 ayda Suriyadan Liviyanın şərqinə 338 dəfə hərbi yük təyyarəsi gəlib
Rusiya Liviyanın şərqində fəaliyyət göstərən feldmarşal Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələrə hərbi yardım göstərib. Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Liviyaya tətbiq olunan embarqo ilə bağlı ictimaiyyətə açıqlanmayan hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, iyulun 31-nə kimi son 9 ayda Suriyadan Liviyanın şərqinə 338 dəfə hərbi yük təyyarəsi gəlib.

Təyyarələr Həftər qüvvələri tərəfindən döyüşən “Vaqner” qruplaşmasına dəstək məqsədilə göndərilib.

Hesabatda BƏƏ, İordaniya kimi dövlətlərin də embarqonu pozduğu qeyd olunur.

Rusiya Prezidenti Vladimir Putin yanvar ayında bildirib ki, Liviyada ruslar varsa, onun hökumətini təmsil etmir və ya onlara maaş vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru