Azərbaycanlı sahibkarların müəmmalı qətliylə - Ukraynalı nazirin əlaqəsi

29-01-2016, 14:26           
Azərbaycanlı sahibkarların müəmmalı qətliylə - Ukraynalı nazirin əlaqəsi
Ukraynada milyarder Arsen Avakovun daxili işlər naziri postuna təyin edilməsindən sonra bu ölkədə azərbaycanlı iş adamlarının qarşı təqiblər artmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, vesti.az-ın bununla bağlı apardığı kiçik araşdırmada azərbaycanlıların sıxışdırılmasının əsas səbəblərindən biri kimi nazirin erməni lobbisini dəstəkləməsi göstərilir:

“Məşhur bir ifadə var: donuz Afrikada da donuzdur. XXI əsrdə bu ifadəni bir qədər dəyişə bilərik. Söhbət nə donuzdan, nə də Afrikadan gedir, lakin mahiyyət dəyişmir. Bu xalqın nümayəndələri harada doğulmalarından asılı olmayaraq, biz “əzabkeş” qonşularımızın mahiyyətini dəyişə bilmərik. Onların genlərlə ötürülən bir peşələri var: oğurluq etmək və bütün türklərə nifrət etmək. Hətta beynəlmiləl Bakıda doğulmaq faktoru belə ermənilərin türklərə qarşı heyvani nifrətini aradan qaldıra bilməz.

Bu mütləq həqiqəti növbəti dəfə Ukraynanın Daxili işlər naziri Arsen Avakov da sübut etdi. Heç kimə sirr deyil ki, obyektiv şərait, xarici və daxili faktorlar səbəbindən Ukraynadakı ictimai-siyasi durum təhlükəlidir. Və bu situasiya, eyni zamanda, bu ölkədə yaşayan azərbaycanlıların həyatına da mənfi təsir edir.

Əldə çoxlu sayda silah olması kriminal vəziyyəti də ağırlaşdırır. Belə ki, ötən il ölkədə təxminən 1 milyon cinayət qeydə alınıb”.

Yazıda qeyd edilir ki, kriminogen situasiyanın pisləşməsinin daha bir faktoru – hüquq-mühafizə orqanlarının total şəkildə korrupsiyalaşmasıdır, xüsusən də, DİN-in:

“Ölkədə polislərin maaşı cüzidir, cəmi 200 dollar. Bu bölmə daha çox korrupsiya və qanunsuzluq bataqlığına yuvarlanır. Əhali arasında belə bir fikir formalaşıb ki, yeni polis nazirin şəxsi maraqlarına xidmət edir. Bu gün Ukraynada hətta ən ağır cəzanı törədib rüşvətlə cəzadan qaçmaq olar.

Arsen Avakov, həmçinin, Ukraynada erməni cəmiyyətinin hamisi kimi tanınır. Əgər onun bu posta təyinatına qədər ermənilər ən yaxşı halda bazar və qida xidmətində çalışırdılarsa, indi onlar dövlət orqanlarında və özəl strukturlarda mühüm postlar tuturlar.

Bu gün Daxili işlər nazirinin müavini, bir sıra polis idarəsi və yerli orqanların rəisləri etnik ermənilərdir. Ukrayna mətbuatı yazır ki, Avakov siqaret və spirtli içkilər ticarətini tamamilə əlinə alıb və onun şəxsi sərvəti artıq 1 milyard dolları keçib”.

Yazıda qeyd edilir ki, Avakov qeyri-rəsmi Xarkov, Xerson və Nikolayevski əyalətlərinə nəzarət edir. Yerli hakimiyyət orqanlarına ona sadiq adamlar rəhbərlik etdiyi üçün elə onlar vasitəsilə həmin əyalətlərin siyasi və iqtisadi həyatını idarə edir:

“Nəticədə Xerson əyaləti azərbaycanlıların ən çox təcavüzə məruz qaldıqları regionlardan birinə çevrilib. Ötən ilin iyun-avqustunda Xersonda 3 azərbaycanlı biznesmen öldürülüb və bu cinayətlər uzun zaman açılmamış qalıb. Ümumiyyətlə son zamanlar Ukraynada azərbaycanlı iş adamları təqiblərə məruz qalır, aeroportda azərbaycanlılar xüsusi diqqətlə yoxlanılır və rüşvət verməyə məcbur edilirlər.

Ukrayna hökumətində qatı azərbaycanafobiyanın mövcudluğu, Daxili işlər nazirinin müdafiə etdiyi güclü erməni lobbisi və nazirin “erməni soyqımını” tanımaq üçün etdiyi çağırış gələcək Azərbaycan-Ukrayna əlaqələrini də şübhə altına alır.

Əgər Ukraynanın DİN rəhbəri bir dəfə də olsa aynaya baxsaydı, cinayətlərin aradan qaldırılması ilə bağlı problemlərin yarısı həll edilərdi. Lakin cənab Avakovun bu vecinə deyil, çünki onun milyardları və genetik quruluşu var..”
0












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.