Qazaxıstan Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparmaqdan imtina etdi

29-01-2016, 14:26           
Qazaxıstan Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparmaqdan imtina etdi
Neft qiymətlərinin ucuzlaşması üzündən maliyyə problemləri ilə üzləşən Qazaxıstan Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı danışıqlar aparmayacağını bildirib.

Avropa.info xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Yerbolat Dosayev açıqlama verib. Nazirin dediyinə görə, Qazaxıstan sonuncu dəfə BVF qarşısında borcunu 2000-ci ildə ödəyib və o vaxtdan bu günədək borc götürməyib.

Qazaxıstanın milli valyutası dollara nisbətdə keçən il ilə müqayisədə dəyərinin yarısını itirib. Neft pullarından güclü asılılığı olan respublika təngənin üzən kursuna keçmişdi. Qazaxstan büdcəsi isə bu il üçün 40 dollardan götürülüb.

Dosayev bildirib ki, Qazaxıstanın milli fondunda 64 milyard ehtiyatları var. Bu pullar neftdən gələn gəlirləri kompensasiya edəcək.

Qeyd edək ki, dünən mətbuatda Azərbaycan hökumətinin 2 milyard dollar borc almaq məqsədilə BVF ilə danışıqlar aparması haqda məlumat getmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru