İran parlamentinin sədri: "Regionda gizli təhdidlər qalır"

9-02-2021, 23:39           
İran parlamentinin sədri:
İran Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərdən razıdır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Bağır Qalibaf Rusiya Diplomatiya Akademiyasındakı nitqin zamanı bildirib.

“Bu münaqişənin davam etməsi İranın şimal sərhədlərində təhlükəsizlik üçün məsələ yarada bilərdi. Biz bu müharibəyə ən qısa müddətdə son qoymaq üçün Rusiyanın göstərdiyi səylərdən razıyıq. Amma fikrimcə, bu regionda gizli təhdidlər hələ də qalır. Yəni həmin regionda terrorçu qüvvələrin mövcudluğuna son qoymalıyıq”, - İran rəsmisi qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.