“ABŞ Suriya sahillərindəki Rusiya gəmilərini batırmağı planlaşdırırdı”

4-03-2021, 00:02           
“ABŞ Suriya sahillərindəki Rusiya gəmilərini batırmağı planlaşdırırdı”
“Əgər Rusiya döyüş gəmiləri qarşılıq versəydi, ABŞ donanmasına aid “USS John Warner” sualtı qayığı onları batıracaqdı”.

Bu iddia ilə “Fox News” nəşri çıxış edib. Nəşr xatırladır ki, söhbət 2018-ci ilin aprelində ABŞ-ın Suriyadakı hava hücumundan gedir.

“Fox News”un iddiasına görə, 2018-ci ilin aprelində Aralıq dənizində olan “USS John Warner” Suriya torpaqlarına altı “Tomahawk” raketi atıb və Rusiyadan cavab gözləməyə başlayıb:

“2018-ci ildəki hücumda müharibədə ilk dəfə istifadə olunan “Virginia” sinfi sualtı qayığı Rusiyanın bölgədə yerləşdirilmiş ABŞ gəmilərinə qarşı potensial hücumlarına qarşılıq verməyə hazır idi”.

Nəşr bildirib ki, ABŞ gəmilərindən biri tələ idi və o gəmidəki amerikalı əsgərlər Suriyaya raket atmayıblar: “Rusiya donanmasının bu tələ gəmiyə qarşı cavabı da Rusiya döyüş gəmilərinin hədəf alınması üçün səbəb olacaqdı”.virtualaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru