ABŞ-ın 245 illik tarixində ilk dəfə yerli sakin - hindu DİN rəhbəri oldu

16-03-2021, 08:07           
ABŞ-ın 245 illik tarixində ilk dəfə yerli sakin -
ABŞ Konqresinin Senatı Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə Nümayəndələr Palatasının üzvü Debra Haalandın (Nyu-Meksika ştatından demokrat) namizədliyinə səs verib.

“Report”un CNN-ə istinadən məlumatına görə, iclasın translyasiyası Amerikanın qanunverici orqanının yuxarı palatasının saytında aparılıb.

Namizədliyi prezident Co Bayden tərəfindən irəli sürülmüş Haalanda 51 senator səs verib, 40 nəfər buna qarşı çıxıb. Haalandın 60 yaşı var. O, Amerikanın yerli əhalisinin ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində ilk nümayəndəsi olacaq.

Qeyd edək ki, ABŞ-da Daxili İşlər Nazirliyi güc strukturu deyil, çünki nazirlik federativ ərazilərdən istifadə və təbii resursların hasilatı məsələləri ilə məşğul olur. Nazirlik həmçinin hinduların Alyaska və Havay adaları ilə bağlı müxtəlif proqramlarına nəzarət edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru