Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT

Bu gün, 16:02           
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
“Bizim Qida” MMC (VÖEN – 0300358631) “Naxçıvan Kərpici” MMC-nin (VÖEN – 0300015281) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Yeniavaz.comxəbər verir ki, qoşulmadan sonra “Bizim Qida” MMC “Naxçıvan Kərpici” MMC-nin bütün hüquq və öhdəlikləri üzrə hüquq varisi olub.
Qeyd edək ki, hər iki şirkətin hüquqi ünvanı Babək rayonunun Qoşadizə kəndində yerləşir. Nizamnamə kapitalı 60 min 20 manat olan “Bizim Qida” MMC-nin qanuni təmsilçisi Əliyev Vaqif Əli oğlu, nizamnamə kapitalı 47 min 14 manat 86 qəpik olan “Naxçıvan Kərpici” MMC-nin qanuni təmsilçisi isə Sürkit Mehmet Hasan oğludur.
Məlumat üçün bildirək ki, Türkiyədə fəaliyyət göstərən “Sürkit” Şirkətlər Qrupunun sahibi olan Mehmet Sürkit İğdırın tanınmış iş adamlarından biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun ailə üzvlərinə məxsus olan “Nəxşicahan Holdinq”ə bağlı şirkətlərdən bəziləri “Sürkit” Şirkətlər Qrupunun nəzarətinə keçib. Mehmet Sürkitin oğlu Aziz Hasan Surkit Naxçıvanda “NP Petrol” MMC-nin qanuni təmsilçisi olub. Hazırda “NP Petrol” MMC-yə İmamquliyev Adəm Zellabdın oğlu rəhbərlik edir.
Onu da bildirək ki, bir neçə gün əvvəl Talıbovların biznes ortaqlarından daha birinə – Türkiyəli iş adamı Emin Uçara bağlı şirkətlərdə də analoji birləşmə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru