ABŞ Rusiya və Çini izləmək üçün yeni bazalar quracaq

19-07-2021, 07:55           
ABŞ Rusiya və Çini izləmək üçün yeni bazalar quracaq
ABŞ Böyük Britaniyada yeni kəşfiyyat bazası yaradacaq.

Bu barədə “Sky News” məlumat yayıb.

Məlumata əsasən, yeni bazanın başlıca vəzifəsi ölkənin həyati əhəmiyyətli peyklərinin Rusiya və Çin tərəfindən sıradan çıxarılması cəhdlərini qeydə almaq olacaq.

ABŞ Kosmik Qüvvələrindən bildirilib ki, bazada tətbiq ediləcək yeni texnologiyalar futbol topu ölçüsündəki obyekti 36 min kilometr məsafədən müəyyənləşdirməyə imkan verir.

Yeni radiolokasiya bazalarının Şotlandiya və İngiltərə ilə yanaşı, Texas və Avstraliyada da inşa ediləcəyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru