Əfqanıstan hökuməti və Taliban sülh danışıqlarını davam etdirəcəklər

19-07-2021, 07:36           
Əfqanıstan hökuməti və Taliban sülh danışıqlarını davam etdirəcəklər
Qətərin paytaxtı Dohada aparıcı Əfqanıstan siyasətçilərindən ibarət nümayəndə heyəti ilə Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah və Taliban nümayəndələri arasında iki günlük danışıqlar sona çatdı.

Trend TASS-a istinadən xəbər verir ki, görüşdən sonra ortaq bəyanat yayımlanıb.

Məlumata əsasən, hər iki tərəf yüksək səviyyədə sülh danışıqlarını davam etdirmək barədə razılığa gəliblər. Lakin açıqlamada atəşkəs və ya ölkədə şiddət səviyyəsinin endirilməsi barədə bir söz deyilməyib.

Nümayəndələr mülki infrastrukturu qorumaq, mülki şəxslərin ölümünün qarşısını almaq və Əfqanıstana humanitar yardım göstərən təşkilatlar və ölkələrlə əməkdaşlıq etməyi qəbul ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru