Rusiyada 820 min hektar ərazidə meşə yanğınları davam edir

19-07-2021, 08:00           
Rusiyada 820 min hektar ərazidə meşə yanğınları davam edir
Rusiya Federasiyasının bölgələrində ötən sutka ərzində 85 763 hektar ərazidə meşə yanğınları ləğv edilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Federal aviasiya meşəqoruma agentliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirlir ki, əksəriyyəti Yakutiya bölgəsində yerləşməklə 819.792 hektar ərazidə yanğınların söndürülməsi işləri davam etdirilir.

Yanğınsöndürmə işlərinə 6545 insan, 1052 ədəd texnika və 92 təyyarə cəlb olunub.

Meşə yanğınları ilə əlaqədar olaraq Rusiya Federasiyasının səkkiz administrativ subyektində fövqəladə rejim tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru