Sualtı qayıqda 5,5 ton kokain aşkar olundu

26-03-2016, 23:03           
Sualtı qayıqda 5,5 ton kokain aşkar olundu
ABŞ-ın Gömrük nəzarəti və sərhəd Xidmətinin əməkdaşları Sakit okean sahillərində qəzaya uğrayan sualtı qayıq aşkar ediblər. Operativ tədbirlər nəticəsində, qayıq sudan çıxarılıb və onun heyəti xilas edilib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki. kiçik ölçülü sualtı qayıqda ümumi dəyəri təqribən 200 mln. dollar olan 5,5 ton həcmində kokain olub. Hadisə martın 2-də baş versə də, bu barədə yalnız indi məlum olub.

Qayıq yedəyə alınaraq sahilə çıxarılıb. Gəmidə olan dörd nəfər həbs olunub. ABŞ-ın hökumət nümayəndələri vurğulayıblar ki, dövlət sərhəd xidmətinin əməkdaşları bu kimi daşımaların qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, 2015-ci ildə 200 əməliyyat keçirən sahil mühafizəçiləri qaçaqmalçılardan təxminən 96 ton narkotik müsadirə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.