Cənubi Koreyanın dövlət qurumları məhv ediləcək - Kim Çen Indan əmr

26-03-2016, 23:05           
Cənubi Koreyanın dövlət qurumları məhv ediləcək - Kim Çen Indan əmr
Koreya Xalq Demokratik Respublikasının ordusu hazır vəziyyətə gətirilib.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çen In əmr verib. Artilleriya qoşunlarının genişmiqyaslı təlimi çərçivəsində çıxışı zamanı In orduya "Əmr verilən kimi Seula zərbə endirməyə hazır olun!" çağırışını edib. Bununla bağlı Şimali Koreya mərkəzi teleqraf agentliyi məlumat yayıb. Kim Çen In qısa müddətdə Koreyanı birləşdirəcəyini deyib:

"Şimali Koreya amansızcasına Cənubi Koreya dövlət qurumlarını məhv etməklə, ölkəni birləşdirəcək. Ordumuz yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirməlidir".

Qeyd edək ki, son vaxtlar KXDR nüvə silahlarını sınaqdan keçirməklə dünya ölkələrinin etirazı ilə qarşılaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru