Brüssel teraktını həyata keçirən şəxs jurnalist imiş

27-03-2016, 00:40           

Belçikada saxlanılan Brüssel aeroportundakı terror aktında şübhəli bilinən Feysal Şeffu müstəqil jurnalist olub.

Şeffunun məqalələri “Journal du Musulman” nəşrində dərc olunub.
Onun son reportajlarından biri Mərakeş məhbuslarından bəhs edib. Məqalədə məhbuslara müqəddəs Ramazan ayında şəriətdə nəzərdə tutulan qaydalarla qidalanmağa qadağa qoyulmasından bəhs edilir.
Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metropolitenində törədilən silsilə partlayışlar nəticəsində 33 nəfər ölüb, 316 nəfər yaralanıb. “İŞİD” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru