İŞİD Avropanın bütün aeroportlarında öz əlaltılarını yerləşdirib.
Axar.az xəbər verir ki, bu barədə İŞİD liderlərindən olan Əbu əl-Ənsari bildirib. Ənsari İŞİD-in Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini də vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə də terrorçu-kamikadze Bakrui qardaşlarının vaxtilə Brüssel aeroportunda xidmətçi işlədikləri barədə məlumat yayılmışdı.