Ermənidən artıq erməni olan Rusiya mətbuatı - VİDEO

4-04-2016, 19:24           
Ermənidən artıq erməni olan Rusiya mətbuatı - VİDEO
Bugünlərdə Rusiya kanalları erməni televiziyalarından daha artıq ermənipərəstlik edir. Onların arasında isə `Lifenews` xüsusilə seçilir.

Bu gün Lifenews daha bir informasiya təxribatı həyata keçirib. Belə ki, kanalın müxbiri Qarabağdakı vəziyyətdən danışarkən bilərəkdən baş verənləri təhrif edib. Hazırlanmış videoçarxda “Vaz 2107” markalı avtomobilin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində vurulduğu bildirilir.

Əslində isə Ermənilərin aprelin 1-dən 2-nə keçən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində həmin avtomobilin yanına mərmi düşüb. Nəticədə, Cəlal Rəhimov həlak olub. Avtomobilin içərisində olan Orxan Rəhimov isə partlayış nəticəsində hər iki ayağını itirib. O, təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılarkən yolda baş verən qəza nəticəsində dünyasını dəyişib.

Müxbir sujetin sonunda qeyd edir ki, Xaqnkəndi artıq boşaldılıb. Şəhərdə bir dənə də olsun mülki şəxs qalmayıb. ( Femida.az )
[media=https://www.youtube.com/watch?v=hAN12Aj_FwU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru