NASA astronavtı Beynəlxalq Kosmik Stansiyada gördüklərindən danışdı

Bu gün, 16:58           
NASA astronavtı Beynəlxalq Kosmik Stansiyada gördüklərindən danışdı
NASA-nın keçmiş astronavtı Nikol Skott, Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışarkən müşahidə etdiyi qeyri-adi hadisələri və yadplanetlilərin mövcudluğu ilə bağlı fikirlərini bölüşüb. O etiraf edib ki, uçan naməlum obyektlərlə (UNO) birbaşa qarşılaşması olmayıb, amma bəzi anlar onu heyrətləndirib.

Bu barədə o, "LADbible Stories" "YouTube" kanalına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, ilk dəfə meteor görəndə bunu UNO hesab edib.

"Ayaqlarımın altından meteoritlər keçirdi. Bu çox möhtəşəm idi. Amma ilk dəfə onları görəndə mən belə dedim: "Aman Allahım, bu nə idi?" Tez digər modullardakı həmkarlarımın yanına qaçdım və həyəcanla qışqırdım: "Mən indicə bir şey gördüm, aşağıda parlaq bir şey uçub keçdi!"

Ekipaj üzvləri bunun ehtimal ki, atmosferdə yanaraq yoxa çıxan kosmik tullantı olduğunu izah ediblər. Astronavtın sözlərinə görə, ümumiyyətlə ona tez-tez yadplanetlilərlə rastlaşıb-rastlaşmadığı sualı verilir. Skott onlarla qarşılaşmağı çox istədiyini vurğulayıb.

Qeyd edək ki, NASA astronavtı 2009 və 2011-ci illərdə iki dəfə BKS-ə uçub və ümumilikdə 103 gün orbitdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru