Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib: Azərbaycan Körfəz ölkələrinə üz tuta bilər...

Bu gün, 16:43           
Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib:
Son zamanlar Azərbaycanın kənd təsərrüfatı sektorunda ciddi problemlər yaşanır. Rusiya bazarına çıxış imkanlarının məhdudlaşması nəticəsində yerli pomidor istehsalçıları ağır vəziyyətə düşüblər. İxracın dayanması ilə məhsul daxili bazarda su qiymətinə satılır, bu isə fermerlərə böyük ziyan vurur. Satılmayan məhsullar sahələrdə çürüyür, min bir zəhmətlə yetişdirilən məhsul dəyərsizləşir. Ötən gün müxbirimiz bazarda pomidorun kiloqramının 20 qəpiyə düşdüyünün şahidi olub. Bu vəziyyət yalnız fermerləri deyil, ümumilikdə kənd təsərrüfatı iqtisadiyyatını və regionların sosial rifahını da təhdid edir. Mövcud böhranın səbəblərinin təhlili və çıxış yollarının müəyyənləşdirilməsi bu sahədə dayanıqlı inkişafın təmin olunması üçün vacibdir.

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, Azərbaycan bu problemin yaşanacağını öncədən bilməli idi:
"Dəfələrlə biz hökumətə xəbərdarlıq edirdik ki, bu problem yaşana bilər. Ona görə də Azərbaycanın fərqli bazarlara çıxış imkanları öncədən hazırlanmalı idi. Ən potensial və tez çıxmağın mümkün olduğu bazarlardan biri Körfəz ölkələrinin bazarlarıdır. Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün orada böyük bir bazarı var. Azərbaycan bunu dəyərləndirməlidir. Əlaqələrin də yaxşı olmasından istifadə edərək bazara daxil olmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru