Ölkəmizə bu yaş qrupunda olan turistlər daha çox gəlir

Bu gün, 16:34           
Ölkəmizə bu yaş qrupunda olan turistlər daha çox gəlir
Yanvar–iyun aylarında Azərbaycana turizm məqsədilə gələnlərin böyük əksəriyyəti kişilər olub.

Valyuta.az xəbər verir ki, həmin dövrdə ölkəmizə 102 min 678 kişi turist səfər edib.

Bu rəqəm ümumi turistlərin 59,6 faizini təşkil edir. Qadın turistlərin sayı isə 69 min 592 nəfər olub ki, bu da ümumi göstəricinin 40,4 faizinə bərabərdir.

Rəsmi statistikaya görə, Azərbaycana ən çox 26–35 yaş aralığında olan turistlər gəlib – 34 min 652 nəfər. Bu yaş qrupu digər bütün kateqoriyalardan üstün olub. İkinci yerdə 36–45 yaş aralığındakı turistlər qərarlaşıb – 32 min 819 nəfər. Onları 46–55 yaş aralığında olan 31 min 402 qonaq izləyib. 17–25 yaş aralığında isə 24 min 570 nəfər turist ölkəmizə səfər edib.

Daha gənc və yaşlı turistlər arasında göstəricilər nisbətən aşağıdır. Belə ki, 17 yaşında olan 27 min 362 nəfər Azərbaycanı ziyarət edib. Ən az gələnlər isə 66 yaş və yuxarı şəxslər olub – cəmi 10 min 168 nəfər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru