Fransada ən böyük AES-in fəaliyyəti meduzalara görə dayandı
Bu gün, 16:38
Fransanın şimalında yerləşən ölkənin ən böyük atom elektrik stansiyası olan Qravlin AES-in dörd enerji blokunun işi dayandırılıb. Buna nasos stansiyalarının filtrlərinə meduzaların daxil olması səbəb olub.
Bu barədə EDF əməliyyat şirkətinin saytında dərc olunmuş press-relizdə deyilir.
AES-in fəaliyyətinin bərpası ilə bağlı hələlik məlumat olmadığı bildirilir.
Qeyd olunur ki, hadisə AES-in və onun personalının təhlükəsizliyinə təsir göstərməyib. Texniki xidmətlər diaqnostika və enerji bloklarının fəaliyyətini bərpa etmək üçün işləri davam etdirir.