Qədim Roma legionerlərinin baş geyimi restavrasiya edildi

Bu gün, 17:08           
Qədim Roma legionerlərinin baş geyimi restavrasiya edildi
Böyük Britaniyanın Bolton Muzeyində 2 000 ildən çox yaşı olan Roma hərbi şlyapası bərpa edilərək ziyarətçilərə təqdim edilib. Şlyapa eramızdan əvvəl 30-cu ildə, Qədim Misirdə xidmət edən Roma əsgəri üçün hazırlanıb.

Bu barədə BBC məlumat verib.

Alimlərin qiymətləndirmələrinə görə, bu baş geyimi təxminən e.ə. 30-cu ildə, bu ölkənin sonuncu kraliçası VII Kleopatranın ölümündən sonrakı dövrdə romalı legionerlər üçün hazırlanıb. O dövrün Roma əsgərlərinin digər baş geyimləri kimi, bu papağın qum fırtınalarından və yandırıcı günəşdən qorunmaq üçün nəzərdə tutulduğu hesab edilir.

Qeyd olunur ki, dünyada bunun kimi yalnız üç şlyapa var. Onlardan biri Mançesterdəki (Böyük Britaniya) "Whitworth" İncəsənət Qalereyasında, digəri isə Florensiyada (İtaliya) bir muzeydə saxlanılır.

İndi isə bərpadan sonra Bolton Muzeyində üçüncü şlyapanı da görmək mümkündür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru