SENSASİON AÇIQLAMA: "Rusiya Gürcüstana da HÜCUM EDƏCƏK"

28-02-2022, 09:18           
SENSASİON AÇIQLAMA: "Rusiya Gürcüstana da HÜCUM EDƏCƏK"
“Putinin arzusu Ukraynanın tam ilhaqıdır. Təbii ki, bu təhlükə Gürcüstan üçün də mövcuddur”.

Teref.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili “TV Pirveli” kanalına yazılı müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna yıxılan kimi, böyük iqtisadi böhran başlayacaq:

“Avropada gürcülərə tələbat azalacaq, çünki indi milyonlarla ukraynalı Avropaya axışacaq və rəqabət artacaq. Bizdə qiymətlər kəskin qalxacaq və lari aşağı düşəcək”.

Saakaşvilinin fikrincə, Ukrayna tamamilə ələ keçirilsə, Rusiya Gürcüstana da hücum edəcək:

“Ukrayna qüvvələri geri çəkilməli olsa, NATO-nun çətiri altında Qərbdə Polşa vasitəsilə Amerika və İngiltərə onları silah və maliyyə ilə təmin edəcək. Ukraynalılar döyüşməyi həqiqətən də bilirlər. O zaman Kiyevi və digər əraziləri geri alacaqlar”, – deyə Saakaşvili əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru