Koreya Rusiyaya strateji materialların ixracına qadağa qoydu
28-02-2022, 10:15
Koreya hakimiyyəti Ukrayna hadisələri ilə əlaqədar beynəlxalq sanksiyalara qoşulmaq çərçivəsində Rusiyaya strateji materialların ixracını qadağan etmək qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
XİN-in məlumatına görə, rəsmi Seul həmçinin Vaşinqtonu Rusiya Federasiyasını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaq üçün beynəlxalq təşəbbüsə qoşulmaq planları barədə məlumat verib.