Rusiyalı oliqarxların sanksiya qoyulan yaxtalarını və evlərini bu ölkə müsadirə edəcək

2-03-2022, 00:04           
Rusiyalı oliqarxların sanksiya qoyulan yaxtalarını və evlərini bu ölkə müsadirə edəcək
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə mübarizə proqramı çərçivəsində ölkəsində qeydiyyatda olan sanksiya siyahısındakı rusiyalı oliqarxların əmlaklarının yoxlanılmasını və inventarlaşdırılmasını tələb edib.

Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer məlumat verib.

Onun sözlərinə görə, Fransa rəsmiləri Rusiya hakimiyyətinə bağlı və Fransada aktivləri olan şəxsləri müəyyənləşdirəcək. Bundan sonra isə onların villaları, yaxta və lüks avtomobillərinə həbs qoyulması məsələsinə baxılacaq.

Böyük Britaniyada da simmetrik addımlar hazırlanır. Kralllığın xarici işlər naziri Liz Trass artıq Britaniyada sanksiya siyahısında olan rus oliqarxlarına məxsus daşınmaz əmlaka həbs qoyulacağını bəyan edib.//Sefera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru