Yelkənli yaxtasını satıb Ukrayna üçün təcili yardım maşınları aldı - FOTO
19-04-2022, 09:57
İsveç vətəndaşı öz yelkənli yaxtasını satıb və Ukrayna üçün bir neçə təcili yardım maşını alıb.
Artıq İsveç vətəndaşı aldığı təcili tibbi yardım maşınları ilə Sumı vilayətinin Trostyanets şəhərinə gəlib.
Qeyd olunur ki, öz növbəsində isveçli həkimlər şəxsi vəsaitləri hesabına təcili yardım maşınlarını lazımi tibbi aparatlarla təchiz ediblər. Mənbə: Unian