İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib

Bu gün, 11:54           
İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib
İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumda məqsəd "Hizbullah" hərəkatının komandiri Əli Əbdül-Qadir İsmayılı öldürmək olub. Zərbə Livanın cənubundakı Bint Cbeil bölgəsinə endirilib.

Bildirilir ki, öldürülən şəxs "Hizbullah"ın "terror potensialının bərpasında iştirak edib" və onun hərəkətləri "İsrail və Livan arasında atəşkəs haqqında razılaşmaların kobud şəkildə pozulması" olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru