Türkiyədə "Akkuyu" AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub
Bu gün, 10:44
Rusiyanın Türkiyədə inşa etdiyi "Akkuyu" AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub.
APA xəbər verir ki, Rusiya aviasiyası səhər saatlarından etibarən yanğınları söndürmək üçün Be-200 təyyarələri və Mi-8 helikopterlərindən istifadə edir.
Ərazidə 10 mindən çox Rusiya vətəndaşı işləyir və onlar stansiyanın tikintisində iştirak edirlər.
Yanğınlar nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilmir.