Ağ Ev təsdiqlədi: Trampın Şimali Koreya ilə bağlı məqsədi...

Bu gün, 11:12           
Ağ Ev təsdiqlədi: Trampın Şimali Koreya ilə bağlı məqsədi...
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın tam denuklearizasiyasına (yəni, nüvə silahlarının azaldılması və ya ləğvi – red.) nail olmaq məqsədilə Şimali Koreya lideri Kim Çen İn ilə əməkdaşlığa açıqdır.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap News” agentliyi məlumat verib.

Qeyd olunub ki, sözügedən məlumatı Ağ Evin nümayəndəsi də təsdiqləyib.

“Ağ Ev bildirir ki, Prezident Tramp ilk prezidentlik müddətində Şimali Koreya lideri Kim Çen İn ilə üç tarixi sammit keçirib. Bu sammitlər Koreya yarımadasındakı vəziyyəti sabitləşdirmiş və liderlər səviyyəsində ilk dəfə olaraq denuklearizasiya barədə razılığa gəlməyə imkan yaradıb. Prezident bu məqsədləri qoruyub saxlayır və Şimali Koreyanın tam denuklearizasiyasına nail olmaq üçün lider Kimlə əməkdaşlığa açıqdır”, – deyə administrasiya nümayəndəsi agentliyə göndərdiyi elektron məktubda bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru