Starmer-Tramp danışıqlarının gündəliyi açıqlandı: Ən problemli məsələyə də toxunulacaq

Bu gün, 11:26           
Starmer-Tramp danışıqlarının gündəliyi açıqlandı:
Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampla şəxsi görüşü zamanı Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı “The Sunday Telegraph” qəzeti mənbələrə istinadən yayıb: “Ser Kir Şotlandiyada danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək. Onun Ukraynaya gələcək dəstək məsələsini də qaldıracağı gözlənilir".

Qeyd edək ki, Starmer və Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılıb və ABŞ prezidentinin iyulun 29-dək səfərdə olduğu Şotlandiyada baş tutmalıdır.

Görüşün əsas mövzusu ABŞ və Böyük Britaniya arasında ticarət sazişi olmalıdır, lakin iki ölkənin liderləri Qəzza zolağındakı vəziyyətə də toxunmaq niyyətindədirlər. Nəşrin yazdığına görə, Yaxın Şərqdə baş verənlərlə bağlı mövqelərindəki fərqi nəzərə alaraq, sonuncu məsələ Starmer və Tramp arasında söhbətdə ən problemli məsələlərdən birinə çevrilə bilər. İyulun 25-də Böyük Britaniyaya uçmazdan əvvəl Tramp bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatı atəşkəs sazişi bağlamaq istəmir: "Düşünürəm ki, onlar ölmək istəyirlər".

İyulun 26-da Böyük Britaniyanın baş naziri təcili atəşkəsin əldə olunmasının, İsrail tərəfindən humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasının və Qəzzada zərər çəkənlərə çox ehtiyac duyulan ərzaqların təcili şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru