Aİ ukraynalılara 25 illik kredit verəcək

21-06-2022, 11:29           
Aİ ukraynalılara 25 illik kredit verəcək
Avropa İttifaqı bu həftə Ukraynaya ayrılacaq 9 milyard avroluq maliyyə paketini təsdiqləyəcək.

Yeni makromaliyyə yardım proqramı 10 illik güzəştlə 25 illik kreditlərdən ibarət olacaq.

Brüssel rəsmilərinin sözlərinə görə, faiz ödənişləri Aİ büdcəsindən qarşılanacaq.

Bundan əlavə Aİ liderlərinin iyunun 24-25-də keçiriləcək sammitində Ukraynanın təşkilatda namizədlik statusundan əlavə, müharibədən sonrakı bərpa işləri də müzakirə olunacaq.

Yeni yardım paketi artıq bu yaydan etibarən Ukraynaya daxil olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru